Messi millidəki karyerasını bitirdiyini açıqladı

Messi millidəki karyerasını bitirdiyini açıqladı

Lionel Messi yığmada karyerasını başa vurduğunu bəyan edib.

APA-nın məlumatına görə, o bu qərarını Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra açıqlayıb.

"Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu mənim qərarımdır", - deyə hücumçu bildirib.

Amerika Kubokunun iyunun 26-da keçirilən finalında Argentina və Çili yığmaları üz-üzə gəlib.

Əsas və əlavə vaxtda hesab açılmadığından qalibi on bir metrlik cərimə zərbələri müəyyənləşdirib.

Çili futbolçuları daha dəqiq olublar, nəticədə Çili yığması Argentinanı 4-2 məğlub edərək dalbadal ikinci dəfə Amerika Kubokunun qalibi olub. L. Messi penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, bundan əvvəlki finalda da Argentina və Çili yığmaları qarşılaşmış, Çili 1-0 qalib gələrək kuboka sahib olmuşdu.

0
23