Belçika yığması Macarıstanı darmadağın etdi - VİDEO

Belçika yığması Macarıstanı darmadağın etdi - VİDEO

Növbəti mərhələdə Mark Vilmotsun yetirmələri Uels komandası ilə qarşılaşacaq.

Belçika yığması Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsində Macarıstan komandasına qalib gəlib.

Oxu.Az xəbər verir ki, Tuluzanın “Munisipal” stadionunda keçirilən oyun belçikalılar 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Belçikanın heyətində qolları Tobi Alderveyreld (10-cu dəqiqədə), Mişi Batşuayi (78), Eden Azar (80) və Yannik Ferreyra-Karrasko (90+1) vurub.

Mark Vilmotsun yetirmələri iyulun 1-də keçiriləcək ¼ final oyununda Uels millisi ilə qarşılaşacaq.

0
10