Messi milli karyerasını başa vurdu

Messi milli karyerasını başa vurdu

Futbolçu bildirib ki, bu son qərarıdır.

Arqentina yığmasının hücumçusu Lionel Messi milli komandada karyerasını başa vurduğunu bəyan edib.

Oxu.Az-ın məlumatına görə, “Barselona”nın futbolçusu bu qərarını Amerika Kubokunun finalında Argentinanın Çiliyə məğlub olmasından sonra açıqlayıb.

“Mənim üçün Argentina yığmasında hər şey bitdi. Bu, mənim son qərarımdır” - deyə o bildirib.

Qeyd edək ki, ABŞ-da keçirilmiş Amerika Kubokunun finalında Argentina Çiliyə penaltilər seriyasında uduzub - 2:4. Penaltilərdən birini Lionel Messi yerinə yetirə bilməyib. 

0
15