Türkiyə ilə İsrail barışır

Türkiyə ilə İsrail barışır

İsrail və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılmasına dair razılığa gəliblər.

APA-nın məlumatına görə, bu barədə Reuters  agentliyinə İsrail hökumətindəki mənbə bildirib. Onun sözlərinə görə, münasibətlərin normallaşdırılmasına dair danışıqlar Romada baş tutub.

Xatırladaq ki, iki ölkə arasında münasibətlər 2010-cu il mayın 31-də Qəzzaya yardım aparan “Mavi Marmara” adlı Türkiyə yardım gəmisinin Aralıq dənizində İsrail ordusu tərəfindən ələ keçirilməsi və bu zaman 9 nəfərin öldürülməsindən sonra pisləşib .

“Anadolu” agentliyinin məlumatına görə, Türkiyə baş naziri  Binali Yıldırım İsrail ilə aparılan müzakirələrdə əldə olunan anlaşma ilə əlaqədar sabah rəsmi açıqlama ilə çıxış edəcək.

0
17