“Qalatasaray” keçmiş futbolçusunu geri qaytardı

“Qalatasaray” keçmiş futbolçusunu geri qaytardı

“Qalatasaray” futbol klubu məşqçilər korpusuna yeni məşqçi cəlb edib. Lent.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, 11 il bu komandanın formasını geyinmiş Ayhan Akman bundan sonra İstanbul klubunda baş məşqçinin köməkçisi olacaq. Veteran futbolçu artıq təyinatı təsdiqləyib və böyük ehtimalla hazırkı baş məşqçi Yan Olde Riekerinklə çalışacağına eyham vurub.

Qeyd edək ki, A.Akman “Qalatasaray”da 4 dəfə çempionluq sevinci yaşayıb və komandada kapitan ikən karyerasını bitirib.

0
15