AÇ-2016: İrlandiyadan rekord

AÇ-2016: İrlandiyadan rekord

AÇ-2016-nın 1/8 final mərhələsi çərçivəsində Fransa – İrlandiya matçında 2-ci dəqiqədə hesab açılıb. Apasport.az saytının məlumatına görə, ikincilərin hücumçusu Robbi Bredi penaltidən fərqlənməklə adını tarixə yazdırıb.

Belə ki, bu, Avropa çempionatları tarixindən 11 metrlik cərimə zərbəsindən vurulan ən erkən qol olub.

Daha əvvəlki rekord isə Luka Modriçə məxsus idi. Xorvatiyalı yarımmüdafiəçi AÇ-2008-in qrup mərhələsində Avstriya ilə oyunda (1:0) 4-cü dəqiqədə penaltini qola çevirmişdi.

0
17