Azərbaycanda dronlara qadağa qoyulur

Azərbaycanda dronlara qadağa qoyulur

Aparatların əldə edilməsinə yalnız xüsusi icazə əsasında yol verilə bilər.

Azərbaycanda məsafədən idarə olunan uçan aparatların (dronların) əldə edilməsinə və istifadəsinə məhdudiyyət qoyulub. Buna əməl etməyənlər üçün isə cinayət məsuliyyəti də müəyyən edilib.

Oxu.Az-ın fins.az-a istinadən məlumatına görə, bu “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna və Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.

Yuxarıda adı çəkilən qanunda dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən əşyaların siyahısına məsafədən idarə edilən pilotsuz uçan aparatlar da əlavə edilib (siyahıda 18-ci olub). Başqa sözlə, qanunvericiliyə edilmiş əlavəyə əsasən, həmin aparatların əldə edilməsinə yalnız xüsusi icazə əsasında yol verilə bilər.

Hüquqşünas Asif Abdullayev bununla bağlı qanunvericiliyə edilən dəyişiklikləri sayta şərh edərək bildirib ki, sözügedən aparatlarlarla bağlı xüsusi icazəni Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan RespublikasıDövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəyləri nəzərə alınmaqla) verəcək. Xüsusi icazə almış şəxs, aparatdan yalnız özü istifadə edə bilər, onu başqa şəxsə verə bilməz.

0
13