Türkiyə daha 2 şəhid verdi

Türkiyə daha 2 şəhid verdi

Bu gün Türkiyə ordusu daha 2 şəhid verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbakır Lice qəsəbəsində həyata keçirilən antiterror əməliyyatı zamanı hərbçilər pusquya düşüb. Bu zaman ağır yaralanan 2 hərbçi helikopterlə hospitala aparılsa da, çox keçmədən vəfat edib.

Türkiyə ordusunun baş qərargahı hərbçilərin şəhid olmasını təsdiqləyib və başsağlığı mesajı yayıb.

0
14