Torpağa görə 2 kənd üz-üzə gəldi: 14 nəfər öldü

Torpağa görə 2 kənd üz-üzə gəldi: 14 nəfər öldü

İyunun 25-də Malidə iki kəndin sakinləri arasında qarşıdurma baş verib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin mərkəzi hissəsindəki Cenne şəhəri yaxınlığında yerləşən iki kəndin sakinləri arasındakı toqquşmaya səbəb əkinə yararlı torpaq olub.

Yağışlar başlayandan və torpaq becərmək imkanı yarandan sonra  kəndlərdən birinin sakinləri tarlada əkin aparmağa çıxıblar. Ancaq qonşu kəndin sakinləri bunu narazılıqla qarşılayıblar. Toqquşma nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb.

0
12