İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Konqresdə 350 yer uğrunda 545 namizəd mübarizə aparır.

Bu gün İspaniya parlamentinə növbədənkənar seçkilər keçirilir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Konqres və Senata seçkilər yerli vaxtla səhət saat 9.00-da (Bakı vaxtı ilə 11.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00)  başa çatacaq.  

Konqresdə 350 yer uğrunda 545 namizəd, Senatda 208 yer uğrunda 585 nəfər mübarizə aparır.

Qeyd edək ki, İspaniya parlamentinə son seçkilər 20 dekabr 2015-ci ildə keçirilib. 

Lakin Konqres ötən müddət ərzində baş naziri seçə bilməyib. 

0
13