“Bu oyunçular daha artığına layiq idilər” – Robert Prosineçki

“Bu oyunçular daha artığına layiq idilər” – Robert Prosineçki

“Xorvatiyanın turniri tərk etməsi çox məyusedicidir. Halbuki, komanda qrup mərhələsində olduqca yaxşı təsir bağışlamışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının xorvatiyalı baş məşqçisi Robert Prosineçki deyib.

Ölkəsinin Avropa çempionatının 1/8 final mərhələsində əlavə vaxtda Portuqaliyaya məğlub olaraq, çempionatı tərk etməsinə münasibət bildirən təcrübəli mütəxəssis yerli mətbuata açıqlama verib.

Prosineçki fikirlərini belə ifadə edib: “Bu yenilgi əslində şok nəticə olmadı. Çünki 1/8 finalda güclü rəqiblə qarşılaşacağımızı bilirdik. Portuqaliya qrupda istədiyi kimi çıxış edə bilməsə də, fərdi keyfiyyət baxımından çox yüksək səviyyəli komandadı. Oyunun taleyini bir zərbə ilə həll edə biləcək oyunçulara sahibdilər və elə də etdilər. Bizim isə geri dönmək üçün sadəcə vaxtımız yox idi. Komandamız Fransada yaxşı oyun sərgilədi. Düşünürəm ki, bu oyunçular daha artığına layiq idilər. Ancaq təssüf ki, bu dəfə alınmadı”.

0
18