Həkim səhvinin qurbanı olan xəstənin digər ayağı da kəsildi

Həkim səhvinin qurbanı olan xəstənin digər ayağı da kəsildi

Hazırda xəstənin vəziyyəti kafidir.

Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı zamanı sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı kəsilən Məmmədova Tərlan Həsən qızının sol ayağı bu gün amputasiya edilib.

Oxu.Az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski bildirib.

Bildirilir ki, əməliyyat bu gün A.Şəmsəddinski tərəfindən aparılıb. 

Həkim qeyd edib ki, hazırda xəstə reanimasiyadadır, vəziyyəti orta-ağırdır.

0
22