Ağcabədidə törədilən dəhşətli qətllə bağlı - RƏSMİ AÇIQLAMA

Ağcabədidə törədilən dəhşətli qətllə bağlı - RƏSMİ AÇIQLAMA

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağcabədidə törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.  

Baş Prokurorluqdan Oxu.Az daxil olan birgə məlumatda bildirilir ki, 1970-ci il təvəllüdlü Quliyev Ələsgər Əşrəf oğlunun arvadı, 1976-cı il təvəllüdlü Səfərova Raifə Ənvər qızını, qayınanası, 1954-cü il təvəllüdlü Səfərova Nazilə Savalan qızını və qayınatası,1949-cu il təvəllüdlü Səfərov Ənvər Cənnətalı oğlunu, daha sonra özünü ov tüfəngindən atəş açmaqla öldürməsi faktı ilə bağlı Ağcabədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürmə)  və 228.1-ci (qanunsuz olaraq odlu silab əldə etmə, saxlama, daşıma və satma) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

0
13