Çində avtobus yanıb - 30 nəfər ölüb

Çində avtobus yanıb - 30 nəfər ölüb

Bu gün Çində dəhşətli qəza baş verib.

APA-nın Çin Mərkəzi Televiziyasına istinadən verdiyi məlumata görə, yerli vaxtla səhər saat 10.30 radələrində (Bakı vaxtı ilə 06.30)  Xunan əyalətinin İçjan rayonunda sərnişin avtobusu yolda hərəkət edərkən maneəyə çırpılıb.

Daha sonra yağ sızması baş verən avtobus yanmağa başlayıb. Nəticədə avtobusda olan 56 sərnişindən 30-u həyatını itirib.

0
14