Gərgin oyunda Portuqaliyanın üzü güldü - VİDEO

Gərgin oyunda Portuqaliyanın üzü güldü - VİDEO

Həlledici qolu Rikardo Kuarejma vurub.

Portuqaliya yığması Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində Xorvatiya millisini minimal hesabla məğlub edərək turnirin üçüncü 1/4 finalçısı olub.

Oxu.Az xəbər verir ki, Lansın “Feliks Bolar” stadionunda keçirilən qarşılaşma Pireney təmsilçilərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun əsas hissəsində hesab açılmayıb. Əlavə olunmuş vaxtın sonuna 2 dəqiqə qalmış  Portuqaliya yığması Rikardo Kuarejmanın qolu ilə Xorvatiyanı məğlubiyyətə uğradıb.

1/4 final mərhələsində Portuqaliya iyunun 30-da Polşa millisi ilə qarşılaşacaq.

0
20