Sel Rusiya və Gürcüstan arasında mal dövriyyəsini dayandırdı

Sel Rusiya və Gürcüstan arasında mal dövriyyəsini dayandırdı

Daryal dərəsində sellərin baş verməsi  Rusiya və Gürcüstan arasında mal dövriyyəsində ciddi problemlərin yaranmasına səbəb olub, çünki bağlanmış Hərbi Gürcüstan yolu iki ölkəni birləşdirən yeganə əlverişli marşrut hesab edilir.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, sənədlərə əsasən aksizə düşən  mallar məhz “Kazbeqi-Yuxarı Lars gömrük məntəqəsində sərhədi keçməlidirlər. Bu səbəbdən də yük daşıyıcıları yolun açılmasını gözləməyə məcburdur.   

Gürcü ekspertlər hesab edirlər ki, əgər yolda hərəkət həftə ərzində bərpa olunmazsa yük daşıyıcıları malları Azərbaycan ərazisindən keçirməli olacaqlar. Bu marşrut isə Hərbi Gürcüstan yolundan 1000 km uzundur. Hazırda yüklər dəmir yolu vasitəsilə çatdırılmaqda davam etdirilir.  

Bundan əvvəl Hərbi Gürcüstan yolunun 20 gün müddətinə bağlanacağı barədə məlumat yayılıb. “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində 100-dək yük maşınının toplaşdığı bildirilir.  

0
23