AÇ-2016: Portuqaliya, Polşa və Uels 1/4 finalda!

AÇ-2016: Portuqaliya, Polşa və Uels 1/4 finalda!

Avropa çempionatında 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

İlk olaraq, meydana İsveçrə və Polşa milliləri çıxıblar. Olduqca gərgin mübarizəyə səhnəolan oyunda hesabı Polşa açıb. Blaşikovskinin zərbəsi dəqiq olub. İsveçrəlilər buna Şakirinin möhtəşəm qolu ilə qarşılıq verərək oyunu əlavə vaxta aparıblar. 30 dəqiqə ərzində də bərabərlik pozulmayıb və matçın qalibi penalti zərbələri ilə müəyyən olunub. Polşa futbolçuları 5 zərbəni də dəqiq yerinə yetiriblər, İsveçrədən isə yalnızca Qranit Caka qeyri-dəqiq oynayıb və komandasının məğlubiyyətinə "imza atıb".

Günün ikinci oyunu isə Britaniya derbisi olub. B qrupunu lider olaraq tamamlayan Uels ən yaxşı üçüncülərdən biri olan Şimli İrlandiya ilə qarşılaşıb. Bu görüçün taleyini avtoqol həll edib. Epizodların birində Qaret Beylin sol cinahdan qapı ağzına ötürməsini Makolun öz qapısından keçirib.

Gecənin son oyunu isə olduqca maraqsız keçib. Xorvatiya - Portuqaliya matçında tərəflər əsas vaxtda qapılara bir zərbə belə vura bilməyiblər. Əlavə olunmuş vaxtın sonuna 4 dəqiqə qalmış Ronaldonun zərbəsindən sonra qapıçıdan dönən topu Quaresma başla qapıdan keçirib və Portuqaliya üçüncü 1/4 finalçı olub.

Avropa çempionatı

1/8 final

25 iyun

Xorvatiya - Portuqaliya - 0:1 (əlavə vaxtda)

Qol: Quaresma, 116

Baş hakim: Karlos Velasko Karbalyo

Lans. “Bollar-Delelis” stadionu

İsveçrə - Polşa - 1:1 (penaltilər: 4:5)

Qollar: Şakiri, 83 - Blaşikovski, 39

Baş hakim: Mark Klattenburq

Sent-Etyenn. “Joffrua Qişar” stadionu

Uels – Şimali İrlandiya - 1:0

Qol: Makoli, 75 (öz qapısına)

 Baş hakim: Martin Atkinson

0
158