Şarapova Harvarda qəbul oldu

Şarapova Harvarda qəbul oldu

Məşhur rusiyalı tennisçi Mariya Şarapova Harvard Universitetinin tərkib hissəsi olan Harvard Biznes Məktəbinə daxil olub.

APA-nın məlumatına görə, bu barədə o Twitter səhifəsində bildirib.

Şarapova sosial şəbəkədə universitet qarşısında çəkdirdiyi şəkli paylaşıb: “Bilmirəm, necə oldu, lakin, salam, Harvard! Proqramın başlanacağı günü səbirsizliklə gözləyirəm”.  

​Qeyd edək ki, Şarapova doppinq qəbul etdiyinə görə iyunun 8-dən 2 il müddətinə idmandan kənarlaşdırılıb.

0
18