"Papanın “erməni soyqırımı” deməsi Türkiyə ilə problem yaratmayacaq"

"Papanın “erməni soyqırımı” deməsi Türkiyə ilə problem yaratmayacaq"

Vatikanın mətbuat xidmətinin rəhbəri Federiko Lombardi Roma Papasının uydurma “erməni soyqırımı”nı tanıması ilə əlaqədar Türkiyə ilə münasibətlərdə ciddi problem axtarmamağa çağırıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri Federiko Lombardi Gümrüdə papanın “erməni soyqırımı” ifadəsinə Türkiyənin sərt reaksiyasına dair suala cavabında bildirib.

Qeyd edək ki, Ermənistan prezidentinin iqamətgahında çıxışı zamanı Roma Papası protokola zidd olaraq növbəti dəfə “erməni soyqırımı” ifadəsi işlədib.  

0
20