AVRO-2016: Uels ¼ final mərhələsinə vəsiqə qazanıb

AVRO-2016: Uels ¼ final mərhələsinə vəsiqə qazanıb

Oyunda yeganə qolu 75-ci dəqiqədə Garet Makauley öz qapısına vurub.

Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinin oyunlarına start verilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki,  günün ikinci qarşılaşmasında Uels və Şimali İrlandiya komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma uelslilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 75-ci dəqiqədə Garet Makauley öz qapısına vurub. Beləliklə Uels ¼ finala çıxan tərəf olub.

Uels 1/4 finalda Belçika-Macarıstan cütünün qalibi ilə qarşılaşacaq.

0
18