Otelə hücum: atışma davam edir

Otelə hücum: atışma davam edir

Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar  Moqadişoda “Nasa-Hablod” otelinə hücum ediblər.

Son məlumata görə, hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.

Sosial şəbəkələrdə hücum edən şəxslərin  “Əş-Şəbab” terrorçuları olduğu iddia edilir.

Ölənlər barədə hələlik məlumat verilmir.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

0
15