Polis konvoyu atəşə tutuldu: 8 ölü, 24 yaralı

Polis konvoyu atəşə tutuldu: 8 ölü, 24 yaralı

Hindistanda silahlılar polisləri atəşə tutublar, azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb

Bakı-APA. Hindistanın Cammu və Kəşmir ştatında polis konvoyu silahlıların hücumuna məruz qalıb, nəticədə  azı 8 nəfər ölüb, 24 nəfər yaralanıb.

Məlumata görə, silahlılar poliqondan qayıdan polis konvoyuna hücum ediblər. Atışma zamanı 2 silahlı məhv edilib.

Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

0
23