“Avro-2016”: Turnirin ilk ¼ finalçısı məlum olub

“Avro-2016”: Turnirin ilk ¼ finalçısı məlum olub

Polşa komandası daha dəqiq oynayıb.

Bu gün Fransada Avropa çempionatının ilk 1/8 final matçı keçirilib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, İsveçrə və Polşa komandalarının qarşılaşmasında əsas vaxt 1:1 hesabı ilə başa çatıb.

Matça əlavə olunan 30 dəqiqədə də qol vurulmadığı üçün qalib penalti seriyalarından sonra müəyyənləşib. Burada isə Polşa komandası daha dəqiq oynayıb (5:4) və adını ¼ finala yazdırıb.

Polşa 1/4 final mərhələsində Portuqaliya-Xorvatiya matçının qalibi ilə qarşılaşacaq.

0
23