Putin İlham Əliyevi Moskvaya dəvət etdi

Putin İlham Əliyevi Moskvaya dəvət etdi

"O, ən səmimi salamlarını çatdırır".

Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı diplomat Azərbaycan başçısına, Vladimir Putinin onu Rusiyaya səfərə çağırdığını xatırladıb,

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

"O, yeri gəlmişkən sizə ən səmimi salamlarını çatdırır və sizin Rusiyaya dəvətli olduğunuzu xatırladır", - nazir deyib.

Qeyd edək ki, aprelin 7-də Bakıda Rusiya, İran və Azərbaycanın XİN rəhbərlərinin üçtərəfli görüşləri çərçivəsində İlham Əliyevin Sergey Lavrov ilə görüşü baş tutub.

0
15
Bot