Paytaxt klubu serbiyalı futbolçu ilə müqavilə imzalayıb

Paytaxt klubu serbiyalı futbolçu ilə müqavilə imzalayıb

"Zirə" klubu heyətini serbiyalı futbolçu ilə gücləndirib.

Klub Xorvatiya "İstra"sında çıxış edən Milan Duriçlə müqavilə imzalayıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, 28 yaşlı mərkəz yarımmüdafiəçisi komanda ilə 2 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Duriç karyerası ərzində Serbiyanın "Yaqodina", "Pekar", Makedoniyanın "Skopye" klublarında çıxış edib.

0
21