Kəşmirdə avtobusa silahlı hücum olub: ölən var

Kəşmirdə avtobusa silahlı hücum olub: ölən var

Ən azı 20 hərbçi yaralanıb.

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında əsgərləri daşıyan avtobusa silahlı hücum nəticəsində ən azı 5 hərbi qulluqçu həlak olub.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, yaraqlılar şənbə günü poliqondan gələn avtomobil karvanına hücum ediblər. Ən azı 20 hərbçi yaralanıb. Açılan cavab atəşi nəticəsində iki terrorçu zərərsizləşdirilib.

Hücum edənlərin axtarışı gedir.

0
18