Selfi həvəskarları Qanq çayında boğuldular

Selfi həvəskarları Qanq çayında boğuldular

Yeddi tələbə Hindistanın Qanq çayının şimalında boğulub.

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, buna səbəb onların effektli şelfi çəkdirmək istəyi olub.

22 iyunda 8 nəfər gəncdən ibarət heyət güclü yağış zamanı çayın kənarına gəliblər. Onlardan biri maraqlı şəkil çəkmək üçün çayın qırağına gəlib və həmin  vaxt güclü yağış yağırdı. Güclü axın onun çaya düşməsinə səbəb olub. Digərləri dostlarına yardım etməyə çalışsa da, xilas ola bilməyiblər. Dostların arasından yeganə sağ çıxa bilən isə xilasediciyə müraciət edib. Amma sonuncuların gəlişinə qədər tələbələr dünyasını dəyişiblər.

Lenta.ru saytının xəbərinə görə, Mumbay ərazisində şelfi çəkmək üçün qadağan edilən 16 zona müəyyənləşdirilib. Buna səbəb həmin ərazilərdə baş verən bədbəxt hadisələrdir.

0
26