Bakının daha bir küçəsində təmir işləri başa çatıb - FOTO + VİDEO

Bakının daha bir küçəsində təmir işləri başa çatıb - FOTO + VİDEO

Küçə boyu 4900 m2 ərazi asfaltlanıb.

Bakı şəhərinin Bülbülə qəsəbəsinin Ramiz Qarayev küçəsi təmir olunub.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən küçənin uzunluğu 650 metr, eni isə 7,5 metrdir. Ümumilikdə küçə boyu 4900 m2 ərazinin asfaltlanması işləri aparılıb.

Hövsan qəsəbəsi Bağça küçəsində isə təmir işləri davam etdirilir. 

Hazırda küçənin asfaltlanması istiqamətində işlərə başlanılıb. Ümumilikdə küçənin 15 min kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

İşlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır.

0
10