Qusarda üzərində zorakılıq əlamətləri olan meyit tapılıb

Qusarda üzərində zorakılıq əlamətləri olan meyit tapılıb

Cinayətdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Qusar rayonunda qətl hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə, hadisə iyunun 24-də Qusar rayonunun Kuzun-qışlaq kəndində qeydə alınıb. 

Rayon sakini, əvvəllər məhkum olunmuş Əzizulla Məmmədovun üzərində zorakılıq əlamətləri olan (boğulma üçün xarakterik) meyiti tapılıb. 

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən rayon sakinləri İmran Bədirov və Sadiq Əmiraslanov tutulublar.

0
16