Lənkəran sakinindən 1 kiloqramdan çox narkotik götürülüb

Lənkəran sakinindən 1 kiloqramdan çox narkotik götürülüb

Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat keçirib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda bildirilir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Zaur Abbasovdan 1 kiloqram 20 qram həşiş qətranı götürülüb.

0
12