Roma Papası İrəvanda erməni “soyqırımı”ndan danışdı

Roma Papası İrəvanda erməni “soyqırımı”ndan danışdı

Ermənistanda səfərdə olan Roma Papası I Fransisk 1915/16-cı  ildə baş verən hadisələri pisləyib.

APA-nın Vatikan radiosuna istinadən verdiyi xəbərə görə, pontifik prezident Serj Sarkisyan və digər rəsmilər qarşısında çıxış edərkən “soyqırımı” ifadəsini də dilə gətirib.

Qeyd edək ki, 2015-ci ildə Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etmişdi.

Roma Papasının bəyanatı Türkiyənin sərt etirazı ilə qarşılanmışdı. Türkiyənin Vatikandakı səfiri geri çağırılmış,  Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılmışdı.

I Fransiskin Ermənistana səfəri üç gün davam edəcək.

0
9