Xaricdə təhsil alan tələbələrin xərcləri yeni qaydalar ilə ödəniləcək

Xaricdə təhsil alan tələbələrin xərcləri yeni qaydalar ilə ödəniləcək

Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi qaydalarında dəyişikliklər edib.

Oxu.Az xəbər verir ki, yeni qaydalara əsasən, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq xəzinə hesablarına köçürülür.

Qaydalara əlavə edilən yeni yarımbəndə əsasən, təhsil alanların bəzi xərcləri (təhsil haqqı, viza və qəbul edən ölkədə qeydiyyat xərcləri, tibbi sığorta xərcləri, ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərcləri) təhsil alan tərəfindən ödənildiyi təqdirdə, həmin xərclər onun təqdim etdiyi təsdiqedici sənədlər əsasında Təhsil Nazirliyi tərəfindən Dövlət Proqramını maliyyələşdirən quruma təqdim olunan sifarişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında Azərbaycan manatı ilə ödənilir.

Dəyişiklikdən əvvəl isə xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlər Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Proqramını maliyyələşdirən qurum tərəfindən Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür.

0
16