AÇ-2016: Qrup mərhələsinin ən pis oyunçuları

AÇ-2016: Qrup mərhələsinin ən pis oyunçuları

Avropa çempionatının qrup oyunlarının başa çatmasından sonra mərhələnin ən pis oyunçualarından ibarət simvolik heyət hazırlanıb. Apasport.az saytının məlumatına görə, “whoscored.com” statistika portalının hazırladığı siyahıda Rusiya millisinin 5 futbolçusu yer alıb.

Simvolik heyətə Türkiyə millisindən də 1 futbolçu düşüb.

Qapıçı: Co Hart (İngiltərə)

Müdafiəçilər: İqor Smolnikov, Sergey İqnaşeviç (hər ikisi Rusiya), Martin Hintereger (Avstriya), Duşan Şvento (Slovakiya)

Yarımmüdafiəçilər: Aleksandr Qolovin (Rusiya), Yuri Kovalenko (Ukrayna), Oğuzhan Özyakup (Türkiyə)

Hücumçular: Aleksandr Kokorin, Fyodr Smolov (hər ikisi Rusiya), Roman Zozulya (Ukrayna)

0
23