Daha iki cüdoçumuz Avropa çempionatında medal qazandı

Daha iki cüdoçumuz Avropa çempionatında medal qazandı

Turnir Xorvatiyanın Poreç şəhərində keçirilir.

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan milli komandası yarışın ikinci günündə aktivinə daha 2 medal yazdırıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Hüseynov bütün rəqblərindən üstün olaraq qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Müşviq Cəfərov isə gümüş medala sahib olub.

Xatırladaq ki, Avropa çempionatının ilk günündə Fərhad Rəcəbli (90 kq) qızıl medal qazanmışdı.

0
24