“Youthvision”-in qalibləri elan olundu

“Youthvision”-in qalibləri elan olundu

"Youthvision” mahnı müsabiqəsinin qalibləri elan olunub

APA-nın məlumatına görə, Heydər Əliyev sarayında keçirilən final mərhələsində münsiflərin qərarına əsasən Ukrayna komandası 1-ci yerə layiq görülüb.

2-ci yerə Belarus, 3-cü Gürcüstan layiq görülüb.

Məşhur müğənni İn-Qrid tədbirdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Qeyd edək ki, müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Müsabiqənin keçirilməsinə 150 min manat vəsait sərf olunuv. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Beynəlxalq tədbirdə 14-35 yaşlarında gənclər iştirak edib.

0
30