4 ay sonra meyiti tapılan 3 qız atası neftçimiz dəfn edildi

4 ay sonra meyiti tapılan 3 qız atası neftçimiz dəfn edildi

"Buna da şükür".

Bir neçə gün əvvəl Xəzər dənizinin Türkmənistan sahillərində tapılan və identifikasiya zamanı Edik Rzaxanova məxsus olduğu müəyyən edilən meyit bu gün dəfn edilib.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, 28 may NQÇ İdarəsinin 10 saylı dərin dəniz özülünün çilingəri Edik Rzaxanovun nəşi SOCAR tərəfindən Xaçmazın Xudat şəhərində yaşayan ailəsinə təhvil verilib. Mərhum neftçi Edik Rzaxanov bu gün Xudat şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində SOCAR-ın nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları, sakinlər, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Edikin atası bildirib ki, oğlunun tapılmasına şükür edir:

"Oğlumun cəsədi 4 ay 3 gündən sonra tapıldı. Buna da şükür. Arzu edirəm ki, qalan neftçi qardaşlarımızı da tapıb ailələrinə təhvil versinlər".

E.Ə.

0
28
Bot