Azərbaycan Dövlət Pedaqoji Kollecinə yeni direktor təyin olundu

Azərbaycan Dövlət Pedaqoji Kollecinə yeni direktor təyin olundu

O, Misir Mərdanovun müavini olub.

Təhsil Problemləri İnstitutunun (TPİ) direktoru Qulu Novruzov vəzifəsindən azad edilib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Q. Novruzov özü məlumat verib.

Onun sözlərinə görə, müvafiq əmrlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə direktor təyin olunub.

Qeyd edək ki, Q. Novruzov keçmiş təhsil naziri Misir Mərdanovun müavini olub, nazir müavini vəzifəsindən azad edildikdən sonra TPİ-yə direktor təyin edilib.

Onu da qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik etməsi nəticəsində Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.

E.Ə.

0
24
Bot