Nazirliyin səlahiyyətlərindən biri ləğv olundu

Nazirliyin səlahiyyətlərindən biri ləğv olundu

İlham Əliyev Əsasnaməyə dəyişiklik edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifələrindən biri ləğv olunub.

Oxu.Az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Fərmana əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində poçt xidməti göstərən müəssisələrin fəaliyyətinə nəzarət etməyəcək.

0
19