Aİ nümayəndəsi: Qarabağ münaqişəsi Avropa və Asiyaya təsir edə bilər

Aİ nümayəndəsi: Qarabağ münaqişəsi Avropa və Asiyaya təsir edə bilər

“Vəziyyət yetərincə kövrəkdir”.

Dağlıq Qarabağ münaqişəsi daha geniş təhlükəsizlik sahəsinə, hətta Avropa və Asiyaya da təsir edə bilər.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənisanda Avropa İttifaqının nümayəndəsi, səfir Petr Svitalski bəyan edib. 

“Vəziyyət yetərincə kövrəkdir. Biz Qarabağ münaqişəsinin dinc yolla həll edilməsində Vyana sammitində start götürmüş prosesdə irəliləyişin şahidi olacağıq”, - Svitalski qeyd edib.

Diplomat etimad quruculuğu tədbirləri, habelə təmas xəttində insidentlərin araşdırılması mexanizmi ilə bağlı effektiv nəticələrin qeydə alınacağına da ümidvar olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, iyunun 20-də Sankt-Peterburqda Rusiyanın təşəbbüsü ilə üçtərəfli Putin-Əliyev-Sarkisyan görüşü keçirilib. 

0
9