Diqqət: Satışda təhlükəli duzlar var

Diqqət: Satışda təhlükəli duzlar var

Bu barədə polisə məlumat verilib.

Azərbaycanın əmtəə bazarında saxta və təhlükəli duzlar satılır.

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Birlik sədri deyib ki, həmin saxta duzlar Abşeron rayonu ərazisində istehsal edilərək bazara çıxarılır: 

“Hökumət tərəfindən sahibkarlığın inkişafı üçün yaradılmış rahat şəraitdən bəzi sahibkarlar sui-istifadə edirlər. Bazara təhlükəli mallar daxil olur. 

800 addan çox mallar, ümumiyyətlə, sertifikatlaşdırılmadan satılır. Azad İstehlakçılar Birliyi bu vəziyyətdən çox narahatdır. Abşeron rayonu ərazisində istehsal olunan və satışı qanunla qadağan edilən yodsuz duz bazara daxil olub”.

Bu barədə Abşeron polisinə də məlumat verildiyini deyən E.Hüseynov istehlakçıları duz alarkən ehtiyatlı olmağa çağırır.

0
9