Bakıda həkim xəstənin sağlam ayağını kəsdi — FOTO (18+)

Bakıda həkim xəstənin sağlam ayağını kəsdi — FOTO (18+)

Angioloji Mərkəzin direktoru faktı təsdiqləyib.

Azərbaycanda həkim xəstənin sağlam ayağını səhvən kəsib.

Bu barədə Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir.

Xəstənin nəvəsi Zaur Hüseynovun verdiyi məlumata görə, həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu nənəsinin sağ ayağını kəsib.

Onun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadının sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib. 

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqraba açıqlama verməsi üçün həmin həkimi axtarır. 

Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar", — deyə, onun yaxınları bildirib.

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski faktı təsdiqləyib. 

O, deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. 

“Bu işə görə mən özüm də şokdayam”,- deyə, o söyləyib.

0
68