Həcc üçün ziyarət haqqı nağd şəkildə QMİ-yə ödəniləcək

Həcc üçün ziyarət haqqı nağd şəkildə QMİ-yə ödəniləcək

Heç bir bank sənədi tələb olunmayacaq.

Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlar ziyarət haqqını ilk dəfə olaraq bank vasitəsi ilə yox, nağd şəkildə Qafqaz Müsəlmanları İdarəsinin Həcc şöbəsinə ödəyəcəklər. 

QMİ-dən Oxu.Az-a verilən məlumata görə, ödənişlər birbaşa şöbəyə ediləcək və idarə tərəfindən zəvvarlara ödənişi təsdiqləyən qəbz veriləcək.

Heç bir bank qəbzi, yaxud sənədi tələb olunmayacaq.

Xatırladaq ki, ötən ilə qədər ziyarət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən QMİ-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin “Mərkəz” filialındakı hesabına ödənilirdi.

Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb. Son qərara əsasən, azərbaycanlı zəvvarlara yalnız Ramazan bayramından sonra vizaların verilməsi mümkün olacaq. Ziyarət Azərbaycandan sentyabrın 2-də başlayacaq, 18-də geri dönüş olacaq. 

0
18