Azərbaycanlı qız qaradərili namizədindən qorxdu – VİDEO

Azərbaycanlı qız qaradərili namizədindən qorxdu – VİDEO

Həmyerlimiz studiyada tənqid atəşinə tutuldu.

Xəbər verdiyimiz kimi, Azərbaycanda valideynləri tərəfindən evdən qovulduğunu iddia edən İlhamə adlı 33 yaşlı xanım Türkiyənin “ATV” kanalında yayımlanan “Esra Erolla” adlı evlilik verilişində iştirak edib.

Oxu.Az xəbər verir ki, proqramın ötən buraxılışlarında Şenol adlı türkiyəli bəy üçün proqrama müraciət edən İlhamə xanım bu yaşına qədər ərə getmədiyi üçün evdən qovulduğunu iddia etmişdi.

Verilişin 23 iyunda efirə gedən buraxılışında isə Mustafa adlı qaradərili bir gənc İlhamə üçün namizəd olub. 

Həmyerlimizin əcnəbiyə ünvanladığı “siz müsəlmansınız?” sualına cavab olaraq müsəlman olduğunu bildirən gəncə görə digər iştirakçılar İlahməni tənqid ediblər.

“Səninlə salamlaşanda, ayağını bir-birinin üstünə qoymuşdun. Birinci insanlığı öyrən”,- deyə verilişin iştirakçılardan biri azərbaycanlı qıza öz iradını bildirib.

İlhamə isə “Mən ondan qorxuram. Türklə ailə qurmaq istəyirəm” deyərək bəy namizədinə “xeyr” cavabını verib.
 

0
15