Neft Fondu bu gün 90 milyon dollar itirib

Neft Fondu bu gün 90 milyon dollar itirib

Funt sterlinqin ucuzlaşması Fondun aktivlərinin dollar ekvivalentində dəyərinə neqativ təsir göstərib.

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) “Brexit” nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, 2016-cı il ilk rübünün yekunlarına görə, SOFAZ -nin portfelində olan 1 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 mln. dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən SOFAZ -nin aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib.

0
15