Funt son 31 ildə ən ucuz qiymətə...

Funt son 31 ildə ən ucuz qiymətə...

Böyük Britaniyada keçirilən referendumdan sonra funt sterlinq kəskin ucuzlaşıb.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, 1985-ci ildən bəri ilk dəfə olaraq funt-sterlinqin dollara qarşı məzənnəsi 1,35 dollardan aşağı düşüb.

Qeyd edək ki, ötən gün keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.

0
17