Brexit lideri: Britaniya uzun müddət Aİ-də qalacaq

Brexit lideri: Britaniya uzun müddət Aİ-də qalacaq

“Avropa İttifaqı müqaviləsinin 50-ci maddəsinin dərhal tətbiqinə ehtiyac yoxdur”.

Böyük Britaniya uzun aylar, hətta ola bilər ki, bir neçə il Avropa İttifaqının (Aİ) tərkibində qalacaq.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Reyter” agentliyinə Aİ-dən çıxmaq uğrunda kampaniyanın lideri, avroskeptik Metyu Elliot bildirib. 

Onun fikrincə, Aİ müqaviləsinin 50-ci maddəsinin dərhal tətbiqinə ehtiyac yoxdur. Bu maddəyə görə, Britaniyanın baş naziri Devid Kemeron digər hökumətlərlə qeyri-rəsmi danışıqlara başlamalıdır. 

Xatırladaq ki, daha öncə Böyük Britaniyanın ittifaqdan çıxmasının tərəfdarları referendumda qələbə qazanıb. 

382 seçki dairəsindən 376-da bülletenlər sayıldıqdan sonra Brexit tərəfdarları 51,7 faiz səs yığıblar. Onların krallığın Aİ-də qalmasını istəyən opponentləri isə 48,3 faiz səs toplayıblar. 

0
8