Putin Təhlükəsizlik Şurasını çağırdı - YENİLƏNİB

Putin Təhlükəsizlik Şurasını çağırdı - YENİLƏNİB

O, bu gün beynəlxalq danışıqlar aparacaq.

Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasında Dağlıq Qarabağda münaqişənin tənzimlənməsini Rusiya tərəfinin səyləri kontekstində və Rusiya Milli Qvardiyasının yaradılması prosesini müzakirə edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"İclas zamanı bu günlərdə Rusiya tərəfindən atılan addımlar kontekstində Ermənistan-Azərbaycan münaqişəsinin ətrafında tənzimlənmə mövzusu müzakirə edilib", - Peskov bildirib.

14:37

Rusiya prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçiriləcək", - Peskov deyib.

Bundan başqa, Putin bu gün beynəlxalq söhbət keçirəcək, söhbət haqqında əlavə olaraq məlumat veriləcək, o əlavə edib.

0
17
Bot