Növbəti tədris ilinin müddəti və tətillərin vaxtı açıqlanıb

Növbəti tədris ilinin müddəti və tətillərin vaxtı açıqlanıb

Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatmalıdır.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planları təsdiq edilib. 

Oxu.Az-ın xəbərinə görə, əmrə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2016-2017-ci dərs ilinə tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq ediləcək. 

Buraya ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları, ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları, azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları daxildir.

Yeni təsdiq edilən tədris planlarına əsasən, növbəti tədris ili ərzində dərs məşğələlərinin vaxtı açıqlanıb. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14- də başa çatmalıdır. Dərs ili iki yarım ilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar tarixləri, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərində müəyyələşib.

Dərs ili ərzində tətillər də müəyyən edilib. Belə ki, 5 gün payız tətili 16-20 noyabr, 5 günlük qış tətili 27-31 yanvar, ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili isə 1-5 may tarixlərində olacaq.

0
16