Azərbaycanda daha çox oğlanlar intihar edir

Azərbaycanda daha çox oğlanlar intihar edir

Uşaqlar arasında sorğu keçirilib.

Azərbaycanda uşaqlar arasında intihara cəhdlər daha çox oğlanlar tərəfindən edilir.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Onun sözlərinə görə, bütün illərdə intihar edən uşaqlar arasında oğlanlar üstünlük təşkil edib. Oğlanlar yeniyetmə dövrlərində - 14-15 yaşlarında intihara daha çox cəhd edirlər.

P.Əliyev bildirib ki, uşaq intiharlarının qarşısını almaqdan ötrü uşaqlar arasında sorğu da keçiriblər: 

“Məlum olub ki, uşaqlara daha çox təsir edən ailədəki etinasızlıq hallarıdır. Ailə daha çox qızın fikirlərinə, istəklərinə önəm verir, qıza qarşı etinasız olmur. Amma oğlan uşaqlarına qarşı ailə çox vaxt etinasız olur. Oğlanlar evdən daha uzaq olur, öz problemlərini evdə deməkdən çəkinirlər. Qızlar öz problemlərini analarına rahat deyirlər, oğlanlar isə demirlər”.

0
14