Suraxanıda qız sosial şəbəkədən istifadə etdiyi üçün bıçaqlandı

Suraxanıda qız sosial şəbəkədən istifadə etdiyi üçün bıçaqlandı

O, əməliyyat olunub.

Bakının Suraxanı rayonunda qardaş bacısını bıçaqlamaqda şübhəli bilinir.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. 

36 yaşlı Ramil Nahid oğlu Əhmədovun bacısı 25 yaşlı Ramilə Əhmədovanı bıçaqlamasına ilkin səbəb kimi isə sonuncunun sosial şəbəkədən istifadə etməsi göstərilib. Yaralı xəstəxanaya gətirilib və dərhal əməliyyat olunub.

Həkimlər Ramilə Əhmədova da 10-a yaxın bıçaq xəsarətinin olduğunu bildiriblər.

0
16